Qadınların nifrət etdiyi 20 fakt
Fatmanise Aprel 19, 2008 21:03ÇİRKLİ DIRNAQLAR: Qadınların kişilərdə ilk baxdıqları yerlərdən biri əllərdir. Bir kişinin təmiz əlləri, digər yerlərinin də təmiz olduğu havası yaradaraq qadının gözündə müsbət bir dəyərə çevrilir. Əyri və içində qara lentlər halında çirklər saxlayan dırnaqlarla bəzənmiş bir əli heç bir qadın tutmaq istəməz.
BURUN TÜKÜ: Nəfəs alarkən tozun buruna qaçmasına maneə törədən bu faydalı tüklər, təəssüf ki, burundan fışqırma nöqtəsinə çatdıqda qadınları iyrəndirməyə başlayırlar. Çünki nəfəs alıb verərkən belə o tüklər hərəkət edir əmin olun. Amma çarəsi yox deyil. Texnologiya inkişaf edib, sırf bu iş üçün hazırlanmış maşınlar çıxıb.
UZUN BIĞ: üzün şəklinə görə kəsilmiş bığlar ya da saqqallar əlbəttə görünüşünüze dəyişdirəcək, amma bunların uzunluğuna diqqət yetirməlisiniz. Bir qadının qarşısında burma bığlarınızla şorba ya da ayran içirsinizsə halınız xarab olacaq! O qadın nə edər? Qalxmazmı süfrədən?
QULAQ TÜKÜ: Müzakirəyə belə ehtiyac yoxdur. Qulaq tükləri bir canavar kimi çıxırsa dərhal kəsməlisiniz. Edə bilmirsinizsə, burun tükü cihazlarının eyni zamanda qulaq tükü kəsmək üçün də istifadə edildiyini xatırladarıq.KÜRƏK TÜKLƏRİ: Uzanmış çiyin tüklərini və kürəkdəki kürkü atmaq məcburiyyətindəsiniz. Çünki istisnasız bütün qadınlar bunlardan nifrət edir. Qadınlar bir tük yumağına sarılmaq istədikləri zaman yataq otaqlarında baş küncə qoyduqları yumşaq ayıya sarıla bilərlər.
SLİP ÇİMƏRLİK GEYİMİ: Amerika sahillərində slip geyən bir kişi görüldükdə belə deyirlər: "Ya Alman ya da gay..." Alman deyilsinizsə və qadınlara maraq duyursunuzsa, slip çimərlik geyimlərinizi yox etməlisiniz. üzgüçülər xaricində kimsə geyinmir.
SARI DİŞLƏR: Dükanlarda hər növ diş pastası varkən hələ də sarı dişlərlə gülməniz əbəs yerədi. Unutmayın ki,siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünüzə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə dərhal buraxın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş pastalarıyla fırçalayın.AĞIZ QOXUSU: Bunu aradan qaldırmaq üçün bir çox üsul var amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından ya da kanal müalicəsi istəyən çürük bir dişdən irəli gələ bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa həkimə müraciət edin. Yediklərinizə diqqət yetirin, sevimlinizlə görüşməyə getməzdən əvvəl soğan, sarmısaq kimi pis iy verən yeməklərdən uzaq durun. Ağız spreyi ya da nanəli saqqız da iş görər.
ŞALVARDAN GÖRÜNƏN ALT PALTARI: Beli aşağı müəyyən şalvarlar dəbdədir amma bunların altından geydiyiniz paltarlar da əhəmiyyətlidir. Heç bir qadın şalvarın içindən görünən ağ alt paltarını görmək istəməz. Beli aşağı şalvarda istər istəməz alt paltarınız görünəcək.
QIZILAKSESUARLAR: Çox varlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikiri belədir: "Kişilərə bijüteriya, xüsusilə qızıl aksesuarlar yaraşmır." Barmaq qalınlığında qızıl bir boyunbağı və ya barmağını örtən qızıl üzüklərdən, xüsusilə də üzəri qaşlı, cəngavər üzüyü kimi olanlardan taxan kişilər, qadınlar tərəfindən heç xoş qarşılanmır.
TELEVİZOR İDARƏEDİCİSİ(pult): Televizor idarəedicisi kişinin əlinə yapışdığı an, qadın üçün kişi gözdən düşür. Bir qadının bəlkə də kişidə ən dözə bilmədiyi şey, hansı kanalda idman müsabiqəsi varsa kanalı o yöndə çevirən bir kişi yoldaşdır. Digər 19 maddəyə tab gətirsələr də, bu maddə ən əhəmiyyətli qayda pozuntusudur :D TƏSBEH: Hələ də təsbeh çəkirsinizsə dərhal buraxın onu əlinizdən. Vərdiş etmisinizsə təcili olaraq əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çəkən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.UCUZ QOXU: Ümid edirik hələ də tütün odekolonunu ətir yerinə istifadə etmirsiniz. Əgər ətiriniz yoxsa odekolon da istifadə etməyin, bu daha yaxşıdır... Kişilərdə odekolon mövzusu qadınları rəsmi olaraq eyni qütblü maqnitlər kimi itələyir.
HƏDDİNDƏN ARTIQ ƏZƏLƏLİ BƏDƏN: Həddindən artıq əzələli bədənli kişilərə əsla həsəd aparmayın! Çünki qadınlar bu tip bədənli kişilərdən heç xoşlanmazlar. Normal bir bədən quruluşuna malik olmağınız kifayətdir,təbii ki,qarnınız da olmasın JVə unutmayın,idman szallarında 500 kilo ağırlıqla bench press edən kişilər əsla cazibədar görsənmirlər .XAŞAL QARIN: Həddindən artıq əzələli bədənli kişilər bəyənilmədiyi kimi,xaşal qarın kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir göbəklə gəzməyi istəməzsiniz hərhalda. Əgər bir az kökəlmisinizsə və göbəyiniz sizdən qabaqda getməyə başlayıbsa dərhal nəzarətə başlayın və qidalanmanıza diqqət edin.
Qadınlar təmizliyi çox sevir. Ətir olmasa da bədəni təmiz iy verən bir kişini cazibədar hesab edirik biz qadınlar. Tər qoxusu isə böyük bir təhlükədir. Əvvəlcə həddindən artıq tərləməkdən şikayətçisinizsə hormonlarınızla əlaqədar bir problem ola bilər. Əvvəl bir həkimə gedin. Əgər bir narahatlığınız yoxdursa, ilk şərt hər gün duş almaq və tərə qarşı vasitələrdən istifadə etməkdir. Tər qoxusundan bu cür xilas ola bilərsiniz amma görünüş ilə də boğuşmalısınız. İslananda rəngi dəyişməyən, yəni tərlədiyinizdə sizi ələ verməyəcək geyimlər seçin.
AĞ ŞALVAR: Çox xüsusi bir kostyum olmadıqca ağ şalvardan qaçının. Hələ bir ağ kostyuma əsla pul verməyin. Xüsusilə yayda geyilən ağ kətan şalvarlar, 80-cı illərin "Miami Vice" zamanlarında qaldı. Ağ şalvar geyənlərin qadınlar ilk baxışda üzərindən xətt çəkir.
DABANLI AYAQQABILAR (KABLUK) : Bilmirik hələ də aranızda dikdaban ayaqqabı geyinən varmı? Əgər varsa da dərhal atın o ayaqqabıları. Olduğunuz kimi görünün! Əgər boyunuzun qısa olduğunu düşünürsünüzsə, özünüzə uyğun yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin.
JELELİ SAÇLAR: Başına bir qutu jele sürtənlər və saçları işıqda maşın işıqları kimi parlayan kişilər, bütün qadınları iyrəndirirlər.Saçlarınız hər vaxt təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə qurudun vəssalam.
RƏNGLİ LİNZALAR: Göz rənginiz nə olursa olsun onu sevməyə çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl görünə bilər, amma əhəmiyyətli olan təbii gözəllikdir... Və qadınlar original kişilərdən xoşlanır, ehtiyat hissəyə müraciət etməyin!



siyahını davam etmək olar:
May 2, 2008 21:23- köhnə fikirlər
- mənasız qısqanclıq
- qarışqa boyda olduğu halda özünü fil hesab etmək
- eşqdə naışlıq
və daha nələr, nələr...